Laçında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar tədbirlər keçirilir FOTO

29.12.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il də Laçında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sil-silə tədbirlər keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, tədbirlər proqramına əsasən, əvvəlcə Seyrəngahda uşaqlar üçün bayram şənliyi, eyni zamanda, kreativ oyunlar, master klasslar, “face-art” təşkil edilib.

Qeyd edək ki, tədbir günün ikinci yarısında Laçın şəhərində "Can Laçın qış möcüzəsi" yarmarkası və "Ay Laçın" adlı Yeni il konserti ilə davam edəcək. Yarmarkada Laçında istehsal olunan məhsullar, milli mətbəximizi əks etdirən nümunələr yer alacaq.

Konsert proqramında isə məşhur müğənnilərin ifası nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью