Laçında faciəvi şəkildə ölən 48 yaşlı Aslanın FOTOSU

05.02.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Xəbər verildiyi kimi fevralın 4-nə keçən gecə Laçın rayonunun Pircahan kəndi ərazisində ağır yol qəzası baş verib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, “Howo” markalı yük maşınının aşması nəticəsində həyatını itirən 1977-ci il təvəllüdlü Nağızadə Aslan Vaqif oğlu Laçındakı tikinti şirkətlərindən birində çalışırmış.

Laçın rayon sakini olan Aslan Nağızadənin fotosunu təqdim edirik.

Qeyd edək ki, faktla bağlı Laçın RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqı aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью