Laçında güclü zəlzələ olub

23.11.2024

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 23-də Laçın rayonu ərazisində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Sherg.az-a verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью