Laçında konsert: “Zəfərin Səsi

08.11.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Laçın, 8 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində noyabrın 8-də Laçın rayonunda “Zəfərin Səsi – Laçın 2025” adlı konsert proqramı təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, proqram yüksək bayram ovqatı ilə yadda qalıb. Xalq və Əməkdar artistlərin, estrada ulduzlarının iştirakı ilə möhtəşəm konsert proqramı nümayiş etdirilib. Səslənən vətənpərvərlik ruhlu mahnılar və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb. Gecənin sonunda Laçın şəhərinin Seyrəngah ərazisində atəşfəşanlıq şousu təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью