Laçında maraqlı dialoq: Sən mütləq general olacaqsan!

27.05.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 27-də Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

Axar.az xəbər verir ki, görüş zamanı Prezidentlə Laçın sakinləri arasında maraqlı dialoq baş tutub.

Həmin söhbəti təqdim ediriik:

Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.

Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?

Sakin: Beş.

Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.

Sakin: Bəli, bəli.

Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью