Laçında növbəti əmək yarmarkası keçiriləcək

21.02.2025

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialı əmək yarmarkası keçirəcək. 

Yarmarka fevralın 25-də saat 12:00-dan 13:00-a kimi filialın Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) təşkil olunacaq. 

Tədbirdə müxtəlif sahələr üzrə vakansiyalar təqdim ediləcək. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью