Laçında Od çərşənbəsi qeyd olunur VİDEO

03.03.2026

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsi Laçında da yüksək əhvali-ruhiyyə ilə qeyd olunur.

Baku TV-nin çəkiliş qrupu Laçın şəhərində Abdullayevlər ailəsinin qonağı olaraq, onların doğma yurdlarında yaşadıqları bayram sevincini işıqlandırıb.

Laçında Od çərşənbəsi qeyd olunur - VİDEO

Laçınlı ağsaqqal Maarif Musayev çərşənbələri həmişə böyük həvəslə qeyd etdiklərini söyləyib.

"Çərşənbələri hər il şadlıq içində keçirirdik. Od çərşənbəsində dağlarda təkər yandırırdıq. Şükür edirəm ki, bayramı yenidən öz torpağımızda qeyd edirik", - deyə o, sözlərinə əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью