Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Mədəniyyət Nazirliyinin və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə növbəti dəfə təntənəli şəkildə qeyd edilən Laçın Şəhəri Günü çərçivəsində konsert proqramı olub.
Həkəri çayının sahilində qurulmuş açıq səhnədə ucalan çal-çağırı tanınmış mədəniyyət və incəsənət xadimləri, doğma yurdlarına qayıdan laçınlı sakinlər və çoxsaylı qonaqlar izləyiblər.
Proqramda Azərbaycanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə “Qarabağ”, “Mənim Azərbaycanım”, “Sən qalibsən”, “Laçın”, “Ey, Vətən” və digər mahnılar yer alıb.
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının təqdimatında “Uzundərə”, “Vağzalı-Mirzəyi”, “Yallı” və digər milli rəqs nümunələri şənliyə yüksək əhval gətirib.
XQ