Icma.az bildirir, Apa.az saytına əsaslanaraq. 2025-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərd
Zirvə görüşünün əsas mövzuları təhlükəsizlik, enerji əməkdaşlığı, regional nəqliyyat layihələri və humanitar sahədə birgə təşəbbüslər oldu.
Prezident İlham Əliyev çıxışında Laçında belə bir yüksək səviyyəli tədbirin keçirilməsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın bərpası və beynəlxalq əməkdaşlığın inkişafı baxımından simvolik əhəmiyyət daşıdığını vurğuladı.
Laçında Zirvə görüşü: Müstəqillik günü və qardaşlıq mesajı Prezident İlham Əliyev Zirvə görüşünün erməni işğalından azad edilmiş Laçında Azərbaycanın Müstəqillik Günündə keçirilməsini xüsusi vurğuladı: “Bunun böyük rəmzi mənası var.
Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir.
Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır.
Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq.
Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub.