Laçında təxminən 50 milyon manatlıq yaşayış layihəsi

30.09.2026

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Qorçu qəsəbəsinin tikintisinin I mərhələsi üzrə açıq tender elan edib.

Marja.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, satınalmanın predmeti “Qorçu qəsəbəsinin tikintisi (I mərhələ) (Fərdi yaşayış evləri)”dir.

Tender üzrə ehtimal olunan qiymət 49 milyon 595 min 510 manat 19 qəpik təşkil edir. Satınalma “tək ailəli yaşayış binalarının tikintisi işləri” təsnifat kodu üzrə həyata keçirilir.

Müsabiqə 29 sentyabr 2026-cı il tarixində elan edilib. Təkliflərin son təqdim olunma tarixi 13 noyabr 2026-cı il saat 17:00-dır. Tender zərfləri də həmin tarixdə və saatda açılacaq.

Satınalmanı elan edən “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin hüquqi ünvanı Laçın şəhəridir.

Tender sənədlərində göstərilən məlumatlardan görünür ki, satınalma Qorçu qəsəbəsinin I mərhələsində fərdi yaşayış evlərinin tikintisini əhatə edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью