Laçında Zəfər Günü qeyd olunub | Icma.az
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Laçında 8 Noyabr – Zəfər Günü qeyd olunub.
Ölkə.az xəbər verir ki, bayram münasibətilə keçirilən təntənəli dövlət tədbirində Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-ninəməkdaşları, şəhid ailələri, qazilər, hərbiçilər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, sakinlər, iştirak ediblər.
Bayraq meydanından başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirildirilib.
Tədbiri giriş sözü ilə açan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib.
O qeyd edib ki, 8 Noyabr - Zəfər Günümüzü qeyd edərkən hər birimiz şəhidlərimizin, qazilərimizin və veteranlarımızın əzmkarlığı, şücaəti və misilsiz qəhrəmanlığı qarşısında baş əyirik: “Məhz onların qanı, canı və fədakarlığı bahasına bu müqəddəs torpaqlarda yenidən azadlıq havasını qürurla yaşayırıq.
Allah şəhidimizə rəhmət eləsin, qazilərimizə və veteranlarımıza möhkəm can sağlığı diləyirik”.
Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, Azərbaycanın hər qarış torpağında şəhidlərimizin, qazilərimizin izi var.
Birinci Qarabağ müharibəsi şəhidi Vaqif Salmanzadənin qızı Vüsalə Salmanzadə bildirib ki, yüzlərlə Laçın sakini və qonaq bu bayramda bir araya gələrək, zəfərimizin şərəfinə keçirilən tədbirdə iştirak edirlər: “Laçınlılar bu il də Zəfər Günü münasibətilə yenidən öz doğma torpaqlarının üstündə əzmlə addımlayır, öz gələcəyinə qətiyyətlə irəliləyir.
Tam oxu
Xəbəri oxu