Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mədəniyyət Nazirliyinin və Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə konsert proqramı keçirilib.
Axşam.az APA-ya istinadən xəbər verir ki, konsert Həkəri çayının sahilində, açıq havada baş tutub.
Konsert proqramında müxtəlif musiqi və rəqs nömrələri təqdim olunub. İştirakçılara rəngarəng musiqi kompozisiyaları və maraqlı rəqs nümunələri nümayiş etdirilib.
Qeyd edək ki, Laçın Şəhəri Günü münasibətilə bu gün şəhərdə silsilə tədbirlər keçirilib.