“Laçından keçən ulduzlar”la görüş

13.11.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova və Xalq artisti Fəxrəddin Manafovun Laçın rayonuna səfəri çərçivəsində “Laçından keçən ulduzlar” adlı toplantı keçirilib.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ Dirçəliş Fondunun dəstəyi, “Hocazfilm” kinostudiyasının təşkil etdiyi görüşdə rayon sakinləri, inşaatçılar və Qarabağ Universitetinin tələbələri iştirak ediblər.

Görüşdə kino sənəti, milli kinematoqrafiyanın inkişafı, sənətin cəmiyyətə təsiri və gənclərin yaradıcılığa marağının artırılması kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Xalq artistləri Şəfiqə Məmmədova və Fəxrəddin Manafov yaradıcılıq yollarından söz açıblar, sənət xatirələrini söyləyiblər, suallarını cavablandırıblar.

Toplantıda 2026-cı ildə ilk dəfə təşkil olunan Laçın Beynəlxalq Film Festivalının təəssüratları və nəticələri də müzakirə edilib. Festivalın Laçının mədəni həyatına verdiyi töhfə, kino sənətinin bölgədə təbliği və yaradıcı mühitin formalaşdırılması baxımından əhəmiyyəti vurğulanıb. Qarşıdan gələn II Laçın Beynəlxalq Film Festivalının təşkili, proqramı və əhatə dairəsinin genişləndirilməsi ilə bağlı sənət adamlarının fikir və təklifləri dinlənilib.

Görüş bədii hissə ilə davam edib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью