Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tacikistan Respublikasının paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçirilib.
SİA-nın məlumatına görə, Azərbaycanın Baş naziri Əli Əsədov iclasda çıxış edərək gündəlikdəki iqtisadi, hüquqi və humanitar sahələrə aid məsələlərlə yanaşı, MDB-nin fəaliyyəti ilə bağlı büdcə və kadr məsələlərinə də diqqət çəkib.Humanitar əməkdaşlığı MDB çərçivəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri kimi qiymətləndirən Baş nazir, könüllülük hərəkatının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
“Məlum olduğu kimi, ötən ilin dekabr ayında Bakıda MDB-yə üzv dövlətlərin Könüllülük Hərəkatları Forumu uğurla təşkil olunmuşdur.
Forumda MDB ölkələrindən gənclər fəal iştirak etmiş, çoxsaylı panel sessiyaları və dəyirmi masalar keçirilmişdir,” – deyə Ə.
Əsədov əlavə edib.İclas iştirakçılarının diqqəti, həmçinin 2025-ci ildə MDB çərçivəsində keçiriləcək mühüm mədəni və idman tədbirlərinə yönəldildi.
Qeyd olundu ki, cari ilin 28 sentyabr – 8 oktyabr tarixlərində Gəncə və Azərbaycanın digər şəhərlərində MDB ölkələrinin III idman oyunları keçiriləcək.
Bu oyunlar 23 idman növünü əhatə edəcək. “Artıq oyunların rəsmi internet saytı istifadəyə verilib və orada tədbirin hazırlıq prosesi, yarışl