Laçının işğalı nəticəsində Azərbaycana bu qədər maddi ziyan dəyib

08.02.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Laçın şəhəri, Qayğı qəsəbəsi və 124 kənddən ibarət olan Laçın rayonunun işğal olunması nəticəsində 57 min 47 sakin məcburi qaydada evlərindən didərgin salınıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.

Qeyd olunub ki, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycanın dövlət mülkiyyətində olmuş ümumilikdə 15 min 459 əmlak üzrə cəmi 2,7 milyard manatdan artıq maddi ziyan vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью