Laçınlı iş adamı doğulduğu kənddə şirkət yaradıb

12.12.2024

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Eldost” İnşaat şirkətinin rəhbəri Hüseyn Rəfiyev doğulduğu Laçın rayonunun Bozlu kəndində yeni şirkət yaradıb.

Teleqraf.com xəbər verir ki, şirkətin adı "Eldost Laçın" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Hüquqi ünvanı rayonun Bozlu kəndində yerləşən şirkət 20 manat nizamnamə kapitalı ilə təsis edilib.

Şirkət oktyabrın 29-da dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, Rəfiyev Hüseyn Oruc oğlu 1979-cu il yanvar ayının 1-də Laçın rayonunun Bozlu kəndində andan olub. O, 2004-cü ildən biznes fəaliyyəti ilə məşğuldur. 2015-ci ildən “Eldost” inşaat şirkətinin rəhbəridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью