Laçınlı iş adamı doğulduğu kənddə şirkət yaradıb

12.12.2024

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Eldost” İnşaat şirkətinin rəhbəri Hüseyn Rəfiyev doğulduğu Laçın rayonunun Bozlu kəndində yeni şirkət yaradıb.

Moderator.az xəbər verir ki, şirkətin adı "Eldost Laçın" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Hüquqi ünvanı rayonun Bozlu kəndində yerləşən şirkət 20 manat nizamnamə kapitalı ilə təsis edilib.

Şirkət oktyabrın 29-da dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, Rəfiyev Hüseyn Oruc oğlu 1979-cu il yanvar ayının 1-də Laçın rayonunun Bozlu kəndində andan olub. O, 2004-cü ildən biznes fəaliyyəti ilə məşğuldur. 2015-ci ildən “Eldost” inşaat şirkətinin rəhbəridir. /Teleqraf.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью