Laçınlılar Həmrəylik Gününü və Yeni il bayramını qeyd edirlər AZƏRTAC Video Azərbaycan Dövlət İnformasiya Agentliyi

29.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Laçında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı silsilə tədbirlərlə qeyd olunur. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 29-da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin və “Hoçazfilm” yaradıcılıq studiyasının təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Əvvəlcə Laçının balaca sakinləri üçün seyrəngahda bayram şənliyi təşkil edilib. Şaxta baba və Qar qız uşaqların sevincinə sevinc qatıb. Həmçinin balacalar üçün kreativ oyunlar, master klaslar, face-art təşkil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью