Lak boya məmulatları istehsalını 30% dən çox artırıb

28.11.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 45 min 157,7 ton lak-boya məmulatları istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 % çoxdur.

Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 369,9 ton hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 43 min 479 ton lak-boya məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 0,4 % çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью