Lalayev teatr direktoru vəzifəsindən azad edilib

04.04.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.
Reyting.az
-ın məlumatına görə, mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.(APA)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью