Lalə Şövkət hərəkət qabiliyyətini itirib Oğlundan AÇIQLAMA

03.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Teleqraf.com”a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.
“Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa səhhəti daha da pisləşər”, - deyə o əlavə edib.
Sidqi Şövkət anasının kənar yardım olmadan sərbəst hərəkət edə bilmədiyini bildirib: “Səhhətinə görə mütləq ona kənardan kömək edilir ki, o, ev şəraitində gəzə bilsin”.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью