Lalə Tünzalənin geyimlərindən danışdı | Icma.az
Icma.az bildirir, News24 saytına əsaslanaraq. "Televiziyalar bizi bəsitləşdirdi. Nə qədər sənət adamı çəkilib dayanıb kənarda.
Deyirlər, görəsən, bu, nə zaman bitəcək bu. Mənə məişət mövzusu maraqlı deyil. Neçə ildir sənətdəyəm, kiçik yaradıcılığım var.
Əgər sənət sahəsində işim yox, ailə mövzum baş alıb gedirsə, demək sənətim güclü olmayıb.
Bütün günü ekranı zəbt edənlərdə də belədir, yaradıcılıq yoxdur.
Milyonlarla baxış, fəxri adın sənətə aidiyyatı yox imiş".News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Künc-bucaq" yutub layihəsində deyib.
Müğənni Xalq artisti tünzalə Ağayevanın son günlər geyimi ilə gündəmə gəlməsi məsələsinə belə reaksiya verib:"Geyimi cəsarət hesab etmirəm.
Cəsarət kiminləsə üzbəüz oturanda onun haqqında düşüncəni üzünə deməkdir. Geyim qadının ruh halına bağlıdır. Hələ o,sənət adamıdırsan...
İstər Tünzalə xanım, istər başqası... Sənəti böyük olan insanların heç bir şeyi müzakirə olunmamalıdır. Onun indiki geyimi sənətə aiddir.
Tam oxu
Xəbəri oxu