Icma.az, Modern.az saytına istinadən bildirir.
İtaliyanın avtomobil istehsalçısı "Lamborghini" tam elektrikli "Lanzador" superkarının istehsalı ilə bağlı planlarını dayandırıb. Şirkət bunun əvəzinə plug-in hibrid model təqdim etməyi planlaşdırır.
Modern.az-ın xəbərinə görə, bu barədə "Lamborghini"nin baş direktoru Stefan Vinkelmann məlumat verib.
Onun sözlərinə görə, lüks idman avtomobilləri seqmentində elektrikli modellərə tələbat olduqca aşağıdır. Şirkət müştərilərin və dilerlərin mövqeyini araşdırdıqdan sonra bazarın hələlik belə bir modelə hazır olmadığı qənaətinə gəlib.
"Lanzador" konsepti ilk dəfə 2023-cü ildə təqdim edilmişdi. İlkin plana əsasən, avtomobil "Lamborghini"nin ilk tam elektrikli modeli olmalı və onilliyin sonunadək satışa çıxarılmalı idi.
Vinkelmann gələcəkdə bazar şəraiti uyğun olacağı təqdirdə "Lamborghini"nin elektrikli avtomobil istehsal edə biləcəyini də istisna etməyib.