sport24.az saytına istinadən Icma.az xəbər verir.
İspaniya yığmasının futbolçusu Lamin Yamal daha bir rekorduna imza atıb. Sport24.az "Stats Foot"a istinadən xəbər verir ki, Yamal son 112 ildə avropalı futbolçular arasında 18 yaşadək millinin heyətində ən azı 6 qol vuran ilk oyunçu olub.
Sonuncu dəfə bunu bacaran 1913-cü ildə 7 qol vuran belçikalı Fernan Nisot olub.
Qeyd edək ki, Yamal başa çatan mövsümdə İspaniya çempionatının ən yaxşı gənc futbolçusu seçilib.