Lamin Yamal 8 oyundur qol vura bilmir

28.08.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 avqust, AZƏRTAC

İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal karyerasında ən uzun qolsuz və assistisiz seriyasını keçir.

AZƏRTAC xəbər verir ki, 19 yaşlı ispaniyalı futbolçu ardıcıl 8 rəsmi matçdır qol vurmur və məhsuldar ötürmə etmir. Hücumçu sonuncu dəfə iyunun 21-də, İspaniya millisinin 2026-cı il dünya çempionatında Səudiyyə Ərəbistanını 4:0 hesabı ilə məğlub etdiyi oyunda qol vuraraq fərqlənib.

Dünən İspaniya çempionatında “Atletik”ə qarşı keçirilən matçda L.Yamal qapıya 7 zərbə endirib, onlardan 3-ü çərçivəyə düşüb.

Qeyd edək ki, futbolçu “Barselona”nın əsas komandasında 2023-cü ilin aprelində debüt edib. O, kataloniyalıların heyətində 153 matç keçirib, 49 qol vurub və 52 məhsuldar ötürmə edib. İspaniya millisində isə 33 oyuna 7 qol vurub və 13 assist edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью