Lamin Yamal azarkeşlərə söz verdi

07.05.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Barselona"nın hücumçusu Lamin Yamal Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "İnter"ə məğlubiyyətdən (3:4 ə.v.) sonra azarkeşlərə Kataloniya klubunu yüksək səviyyəyə qaytaracaqlarına söz verib. Sport24.az xəbər verir ki, bununla bağlı jurnalist Fabrizio Romano X sosial şəbəkəsində paylaşım edib:

"Biz əlimizdən gələni etdik - bu il alınmadı, amma biz geri dönəcəyik, buna şübhə yoxdur. "Barselona"nı zirvəyə qaytarmaq üçün əlimizdən gələni edəcəyik.

Sözümü tutacam və Çempionlar Liqasının kubokunu Barselonaya gətirəcəm. Buna nail olana qədər dayanmayacağıq. Amma bazar günü yenə final var (La Liqada "Real" qarşı oyun) və hamımız bir yerdə olmalıyıq".

Qeyd edək ki, "İnter" Çempionlar Liqasının finalında PSJ - "Arsenal" matçının qalibi ilə qarşılaşacaq (ilk oyun - 1:0)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью