Lamin Yamal Barselona ilə yeni müqavilədən danışıb

19.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın vingeri Lamin Yamal hazırkı klubu ilə mümkün müqavilənin uzadılması haqda danışıb. Sport24.az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabrizio Romano X sosial şəbəkəsində yazıb:

"Heç kəsin mənim nə qədər böyük bir "Barselona"lı olduğumu bilir. Hamı bilir ki, karyeramı məhz bu klubda davam etdirmək istəyirəm. Əgər hər iki tərəf nəyinsə olmasını istəyirsə, o da olacaq. Mən hər şeyi "Barselona"ya borcluyam".

Qeyd edək ki, Lamin cari mövsümdə Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 32 matçda iştirak edib, 11 qol vurub, 15 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyərinin 180 milyon avro olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью