Lamin Yamal: Barselona”da ən yaxşı qolumdur

12.03.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona"nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Benfika" ilə cavab matçının (3:1) qəhrəmanlarından biri olub. İspaniyalı vinger Lissabon komandasının qapısına baxımlı qol vurub. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, dünənki matçda bir qol və bir məhsuldar ötürmə ilə də yadda qalan 17 yaşlı futbolçu bunun "Barselona"da ən yaxşı qolu olduğunu deyib:

"Fikrimcə, bu, "Barselona"da ən yaxşı qolumdur. Komandanın irəliləməsinə kömək etdiyim üçün şadam, çünki bu, ən vacib şeydir. İndi növbəti rəqibimizin kim olacağını görəcəyik".

Qeyd edək ki, "Barselona" iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə qalib gəlib. Hans-Diter Flikin komandası 1/4 finalda "Lill" və Dortmund "Borussiya"sı cütünün qalibi ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью