Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Barselona"nın hücumçusu Lamin Yamalın fikrincə, futbol dünyası irqçilik hallarına qarşı cəzalar məsələsində daha sərt mövqe tutmalıdır. Sport24.az xəbər verir ki, gənc ulduz bu barədə "Mundo Deportivo"ya açıqlamasında bildirib:
"İşlər görülür, lakin müəyyən qərarların qəbul edilməsinə daha ciddi yanaşmalıyıq. Kimsə bütün dünyanın və milyonlarla uşağın gözü qarşısında irqçilik hərəkətinə yol verirsə, tətbiq olunan cəza buna uyğun olmalıdır.
Hazırkı tədbirlərin çoxu yaxşı olsa da, mən cəzalarla bağlı yanaşmanı dəyişərdim. Belə davranışlar sadəcə yolverilməzdir".
Yamal daha əvvəl dəfələrlə irqçiliklə üzləşdiyini qeyd etsə də, azarkeşlərin irqçi davranışlarının ona şəxsən təsir etmədiyini vurğulayıb.