Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Barselona"nın hücumçusu Lamin Yamal gələcəyi ilə bağlı suallara cavab verib.
Moderator.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, gənc ulduz futbolçu karyerasının sonuna qədər "Barselona"da qalmaq istədiyini bildirib.
"Ümid edirəm ki, bütün həyatım boyu dünyanın ən yaxşı klubu və ən yaxşı şəhərində ("Barselona" klubu və eyniadlı şəhər - red.) həmişəlik qala biləcəm. Biz İspaniya Kubokunda "Albasete" ilə qarşılaşacağıq. Məqsədimiz yarımfinala vəsiqə qazanmaqdır. Bu, mütləq qazanmalı olduğumuz tituldur", - deyə Yamal bildirib.
Qeyd edək ki, bu mövsüm 18 yaşlı futbolçu "Barselona"nın heyətində bütün turnirlərdə 28 matça çıxıb, 13 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2031-ci ilin iyun ayına qədərdir.