Lamin Yamal İngiltərə ilə oyuna hazırdır

13.11.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

UEFA Millətlər Liqası çərçivəsində İngiltərə ilə qarşılaşacaq İspaniya millisinin və “Barselona”nın futbolçusu Lamin Yamal meydana çıxa biləcək.

İdman.Biz xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi Luis de la Fuente açıqlayıb.

O bildirib ki, 19 yaşlı hücumçu bu gün milli komandanın düşərgəsinə qoşulacaq və qarşıdakı oyunda iştirak etməyə hazırdır.

“Yamal özünü çox yaxşı hiss edir və komandaya qoşulmağa böyük həvəsi var. O, bu gün bizimlə olacaq”, - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, Lamin Yamal sağ dizindəki narahatlıq səbəbindən İspaniyanın Çexiya ilə son oyununu buraxıb. İspaniya - İngiltərə qarşılaşması noyabrın 15-də UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью