Lamin Yamal Lionel Messinin rekordunu qırıb

03.02.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona"nın vingeri Lamin Yamal La Liqanın 22-ci turunda "Alaves"lə oyunda (1:0) Kataloniya klubu üçün tarixi uğura imza atıb.

Oxu.Az "Opta"ya istinadən xəbər verir ki, 17 yaşlı futbolçu matçda 11 uğurlu driblinq (21 cəhddən) edib və bu göstərici ilə çempionatda "Barsa"nın futbolçuları arasında yeni rekord müəyyənləşdirib.

Yamal komandanın sabiq ulduzu Lionel Messinin nailiyyətini geridə qoyub. 2007-ci ildə argentinalı forvard "Malyorka" ilə oyunu (1:0) 10 uğurlu driblinqlə (20 cəhddən) tamamlayıb.

Qeyd edək ki, Yamal bu mövsüm bütün turnirlərdə "Barselona" forması ilə 10 qol vurub və 15 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью