Lamin Yamal nüfuzlu mükafata layiq görüldü RƏSMİ

27.11.2024

Icma.az bildirir, Fanat portalına istinadən.

"Barselona"nın vingeri Lamin Yamal nüfuzlu "Golden Boy" mükafatını qazanıb. 

Fanat.Az xəbər verir ki, Yamalın qələbəsini mükafatı təqdim edən "Tuttosport" nəşri rəsmən açıqlayıb. 


Yamalın “Qızıl oğlan” mükafatını qazanması sürpriz deyil. İstedadlı futbolçu “Barselona” və İspaniya millisində uğurlu çıxışlarından sonra mükafat uğrunda mübarizənin şəksiz favoriti hesab olunurdu. 

“Qızıl oğlan” mükafatı 2003-cü ildən Avropanın ən yaxşı gənc futbolçusuna verilir. Mükafatın qalibi yaşı 21-dən aşağı olan oyunçu ola bilər. 

Qeyd edək ki, ötən il mükafatı "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqhem qazanıb.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью