Lamin Yamal: “Qol vurmaq baxımından problemimiz yoxdur”

02.09.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Barselona”nın vingeri Lamin Yamal komandanın “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etmək cəhdinin uğursuz alınmasına münasibət bildirib.

İdman.Biz “Sports Illustrated”a istinadən xəbər verir ki, ispaniyalı futbolçu hazırkı heyətdən razı olduğunu və yeni ulduz hücumçunun transfer edilməməsini ciddi problem hesab etmədiyini deyib.

“Hazırda çox yaxşı oynayırıq və bu, görünür. Qol baxımından problemimiz yoxdur. Alvares əla futbolçudur, amma mən hazırkı heyətimizdən razıyam”, - deyə Yamal bildirib.

“Barselona” yay transfer pəncərəsi boyunca Argentina millisinin heyətində dünya çempionu olan futbolçu ilə maraqlanıb. Lakin “Atletiko” hücumçusunu Kataloniya klubuna satmaqdan imtina edib.

La Liqanın yeni mövsümündə ilk üç oyunda Hans-Diter Flikin komandası 12 qol vurub. Yamal özü isə “Rayo Valyekano” ilə qalib gəldikləri matçda (5:2) dubl edib.

İspaniya Futbolçular Assosiasiyasının (AFE) mərasimində 19 yaşlı oyunçu 2025/26 mövsümünün yekunlarına əsasən İspaniya çempionatının ən yaxşı futbolçusu da seçilib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью