Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniya millisinin futbolçusu Lamin Yamal Avropa futbol tarixində unikal uğura imza atıb.
Qaynarinfo xəbər verir ki, o, 18 yaşına qədər milli komanda heyətində 6 qol vuran ilk avropalı futbolçu olub.
Bu göstəriciyə sonuncu dəfə 1913-cü ildə niderlandlı Fernan Niso nail olmuşdu (7 qol).
5 iyun tarixində UEFA Millətlər Liqasının yarımfinalında İspaniya yığması Fransa millisinə qarşı oynayıb.
Almaniyanın "Ştutqart Arena" stadionunda baş tutan qarşılaşma ispanların 5:4 hesablı qələbəsi ilə başa çatıb.
İspaniya millisinin qollarını Niko Uilyams, Mikel Merino, Pedri və Lamin Yamal vurub.
Yamal bu oyunda dubla imza atıb, qollarından biri penaltidən qeydə alınıb.