Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
İspaniya millisinin və "Barselona"nın ulduzu Lamin Yamal UEFA Millətlər Liqasında unikal göstəriciyə imza atıb.
Moderator.az xəbər verir ki, 19 yaşlı futbolçu Çexiya ilə matçın 6-cı dəqiqəsində baxımlı qola imza ataraq İspaniyanın 3:1 hesablı qələbəsinə töhfə verib.
Bununla da Yamal ardıcıl üç oyunda 10 dəqiqə ərzində qol vuran ilk futbolçu olub.
O, İngiltərə və Xorvatiya ilə əvvəlki iki qarşılaşmada da 2-ci dəqiqədə fərqlənmişdi. Çexiya ilə matçda isə hesabı 6-cı dəqiqədə açıb.
İspaniyanın digər qollarını Rodri və Mikel Merino vurub. Çexiyanın yeganə qolunun müəllifi isə İrji Slama olub.
İspaniya bu qələbə sayəsində A liqasının 3-cü qrupunda 9 xalla liderliyini qoruyub və ardıcıl 41-ci oyununda məğlub olmayıb.
(oxu.az)