Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Lamin Yamal “Qızıl top” uğrunda mübarizə ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz “Voetbal International”a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu yaşının səsvermədə onun əleyhinə işləyə biləcəyini düşünür. Yamalın fikrincə, bəzi səs verənlər onun gələcəkdə bu mükafatı qazanmaq üçün hələ çox imkanı olacağını nəzərə ala bilərlər.
“Düzünü desəm, artıq bir müddətdir “Qızıl top” səviyyəsində oynayıram. Hamı bilir ki, mən fərq yaradan futbolçuyam. Amma düşünürəm ki, səs verənlər belə fikirləşə bilərlər: Laminin 19 yaşı var, onsuz da nə vaxtsa qazanacaq. Ona görə də başqa birinə səs verim”, - deyə Yamal bildirib.
O, mükafatı qazanmaq üçün mübarizəni davam etdirəcəyini vurğulayıb:
“Mən sadəcə qazanmağa, qazanmağa və yenə qazanmağa davam etməliyəm. Elə bir vaxt gələcək ki, artıq müzakirə üçün yer qalmayacaq”.
Qeyd edək ki, bu il “Qızıl top” uğrunda aşkar favorit yoxdur. Yamal “Barselona”da güclü mövsüm keçirib və İspaniya millisi ilə dünya çempionu olub. “Qızıl top” üçün səsvermə bu gün başa çatacaq, mükafatlandırma mərasimi isə 26 oktyabrda keçiriləcək.