Lamin Yamaldan pis XƏBƏR

04.10.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Barselona" komandasının ulduz futbolçusu Lamin Yamal 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Milli.Az bildirir ki, bu barədə Kataloniya təmsilçisi "X" sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, Yamalın qasıq nahiyəsində yenidən ağrılar başlaması səbəbindən o, ölkə çempionatında "Sevilya"ya qarşı oyunu buraxacaq.

Qeyd edilir ki, vingerdə sözügedən ağrılar UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində evdə PSJ ilə matçda (1:2) başlayıb. /Oxu.Az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью