Lamin Yamaldan Xulian Alvaresə açıq çağırış

01.07.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Barselona"nın gənc ulduzu Lamin Yamal, "Atletiko Madrid"in hücumçusu Xulian Alvarezin Kataloniya klubuna mümkün transferi barədə çox danışılacaq açıqlama verib.

Fanat.Az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, Yamal argentinalı forvardı komandada görmək istədiyini gizlətməyib.

Gənc ulduz müsahibəsində: "Ümid edirəm ki, o, Barselonaya gələr... Onu burada qollarımızı açaraq qarşılayacağıq.

Əgər onun yerində olsaydım, heç düşünmədən bura gələrdim, çünki bura dünyanın ən yaxşı klubudur" ifadələrini işlədib.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью