Lamin Yamalın “Barselona” ilə yeni müqaviləsinin şərtləri məlum oldu

22.11.2024

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Barselona”nın vingeri Lamin Yamal Kataloniya klubu ilə yeni müqavilə imzalayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Barca Universal” məlumat yayıb.
Bildirilib ki, Yamalın klub ilə müqaviləsi futbolçunun 18 yaşı tamam olanda altı il müddətinə uzadılacaq.
Artıq tərəflər sövdələşmənin şərtləri ilə bağlı kompromis əldə ediblər. Təzminatın məbləği 1 milyard avrodur.
Qeyd edək ki, bu mövsüm 17 yaşlı Yamal “Barselona”nın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью