Lamin Yamalın durumuna aydınlıq gəlib İdman və Biz

16.12.2024

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Barselona”nın zədələnən futbolçusu Lamin Yamalın durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

La Liqanın XVII turunun “Leqanes”lə görüşündə xəsarət alan hücumçunun sağ ayağının bağlarında birinci dərəcəli zədələnmə aşkarlanıb. O, 3-4 həftə meydanlardan kənar qalacaq.

Qeyd edək ki, “Barselona” “Leqanes”ə 0:1 hesabı ilə uduzub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью