Lamin Yamalın yeni ilham pərisi

24.11.2024

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal italyan model Anna Cenoso ilə əlaqələndirilir. SİA xəbər verir ki, model Milanda yaşayır, lakin “Napoli” və şəxsən Xviça Kvaratsxeliyanı dəstəkləyir. O, “Instagram”da 571k və “TikTok”da 804k izləyici toplayan, uzun müddətdir modellik edən tələbədir. Anna aktrisa olmaq arzusundadır.

Bildirilir ki, model “Atletik Bilbao”nun hücumçusu Niko Uilyamsla dostdur. Yamal keçmiş sevgilisi Aleks Padilladan ayrıldıqdan sonra dostuna baş çəkməyə gəldiyi Marbelyada onunla tanış olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью