Lamiyə Əhmədli hovuzda ölü tapıldı

01.09.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəbələ rayonunda 29 yaşlı qadın hovuzda boğularaq ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə ötən gecə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

İmişli rayon sakini - 1997-ci il təvəllüdlü Lamiyə Əhmədli istirahət üçün kirayələdiyi evin həyətindəki hovuzda çimərkən boğulub.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью