Lamiyə Ələkbərova: Blogerlər tələbəyə nə öyrədəcək?

29.08.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Aparıcı Lamiyə Ələkbərova sərt açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, o aparıcısı olduğu "Günorta efirdəyik" verilişində universitetlərdə tələbələrlə keçirilən görüşlərə blogerlərin dəvət olunmasından danışıb.

Lamiyə Ələkbərova universitetlərin əsas missiyasının təhsil vermək və tələbələri maarifləndirmək olduğunu bildirib:

"Bloger sənətinə hörmətim var. Bilmirəm harada dərs keçir, harada oxuyurlar. İnfluenser, bloger adları yaranıb, hörmətlə yanaşıram. Hərənin bir sənəti var. Universitetlərə, təhsil ocaqlarına müraciət edirəm: əvvəllər tələbələrlə görüşə şairlər, yazıçılar, professorlar dəvət olunurdu. Tələbələr yığışırdı, yazıçı Anardan nəsə öyrənməyə çalışırdı. İndi universitetdə blogerlə görüş edirlər. Blogerlər tələbəyə nə öyrədəcək?".

Ətraflı videoda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью