Lamiyə Qocayeva rəis müavini oldu FOTO

19.10.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda keçiriləcək nüfuzlu turnirin Təşkilat Komitəsinə yeni təyinat baş tutub.

Lamiyə Qocayeva FIFA U-20 dünya çempionatı 2027-nin Yerli Təşkilat Komitəsində (YTK) rəis müavini təyin olunub.

O, bundan əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) Marketinq və Sponsorluq Departamentinin rəis müavini vəzifəsində çalışıb. Daha əvvvəl isə "Neftçi" futbol klubunda fəaliyyət göstərib.

Qeyd edək ki, 2027-ci ildə U-20-lər arasında keçiriləcək dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcəklər. /Yurd.Media/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью