Lamiyə Vəliyeva afrikalı idmançı ilə ailə həyatı qurdu

28.11.2024

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İkiqat Paralimpiya çempionu, 22 yaşlı Lamiyə Vəliyeva Cənubi Afrika Respublikasından olan idmançı ilə ailə həyatı qurmaq qərarına gəlib.

Dördqat dünya çempionumuz artıq əcnəbi atletlə Bakıda nikaha da daxil olub.

Lakin cütlüyün hələlik toy mərasimi keçirilməyib. Bunun yaxın vaxtlarda olması planlaşdırılır.

Paralimpiya ulduzu zənglərə cavab verməsə də, atası Rövşən Vəliyev məsələyə münasibət bildirib.

O, məlumatı təsdiqləyib və qızının Cənubi afrikalı idmançı ilə ailə qurmağa hazırlaşdığını deyib. /İdman.biz/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью