Lamiyə Vəliyeva afrikalı idmançı ilə ailə qurdu

28.11.2024

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İkiqat Paralimpiya çempionu, 22 yaşlı Lamiyə Vəliyeva Cənubi Afrika Respublikasından olan idmançı ilə ailə həyatı qurmaq qərarına gəlib.

Sherg.az İdman.biz-ə istinadla xəbər verir ki, dördqat dünya çempionumuz artıq əcnəbi atletlə Bakıda nikaha da daxil olub.

Lakin cütlüyün hələlik toy mərasimi keçirilməyib. Bunun yaxın vaxtlarda olması planlaşdırılır.

Paralimpiya ulduzu zənglərə cavab verməsə də, atası Rövşən Vəliyev məsələyə münasibət bildirib.

O, məlumatı təsdiqləyib və qızının Cənubi afrikalı idmançı ilə ailə qurmağa hazırlaşdığını deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью