Lamiyə Vəliyeva: “Bakıdakı beynəlxalq turnirin qalibi olmaq mənim üçün əhəmiyyətli idi”

02.02.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Beynəlxalq qış turnirinin qalibi olmaq Azərbaycan atleti Lamiyə Vəliyeva üçün xüsusi əhəmiyyət daşıyıb.

23 yaşlı idmançı yarışla bağlı təəssüratlarının olduqca müsbət olduğunu bildirib.

“Öz şəxsi nəticəmi göstərmək və hazırlığın bəhrəsini görmək mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu uğurda böyük əməyi olan şəxsi məşqçim Olesya Abbasovaya təşəkkürümü bildirirəm”, - deyə o, “Report”a açıqlamasında bildirib.

L.Vəliyeva həyat yoldaşı Tembo Conun da yarışın qalibi olduğunu xatırladıb:

“Turnirdə yalnız mən deyil, həyat yoldaşım Tembo Con da 60 metr məsafədə qalib oldu. Bu baxımdan uğuru birlikdə qazandığımız nəticə kimi dəyərləndiririk. Onun da rəsmi şəkildə komandamıza qoşulacağını gözləyirik”.

Atlet qarşıdakı hədəflərindən də söz açıb:

“Qarşıda məni çox yaxın zamanda baş tutacaq Balkan çempionatı gözləyir. Lakin mən daha uzağa hədəflənmişəm. Hazırda hələlik adını açıqlamaq istəmədiyim, lakin böyük əhəmiyyət kəsb edən bir yarışa ciddi hazırlıq görürəm”.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью