Lamiyəni bıçaqlayan keçmiş əri intihara cəhd edib

07.10.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, oktyabrın 6-sı keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran 1986-cı il təvəllüdlü Şirvan sakini Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.

Qeyd edək ki, T. Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью