Lamiyyə Ələkbərova icraçı direktor oldu

01.09.2026

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Aparıcı Lamiyyə Ələkbərova yeni kanalda fəaliyyətə başlayıb.

Məlumata görə, aparıcı TMB kanalında icraçı direktor vəzifəsinə dəvət olunub. O, bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006-ci illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor və aparıcı, 2006-2017-ci illərdə Lider televiziyasında baş rejissor və kanalın direktor müavini, 2017-2018-ci illərdə İctimai televiziyada Musiqi və xüsusi layihələr departamentinin direktoru, 2018-2023-cu illərdə Mədəniyyət kanalının direktor müavini, 2023-2026-ci illərdə MTV Azərbaycan kanalında musiqi departamentinin direktoru vəzifələrində çalışıb.//Axşam.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью